This is a specific ad

Patruşev: ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir

91

Another advertisement

Rusiya və Ukrayna xalqları münaqişədə maraqlı deyil, ABŞ və İngiltərə bunda maraqlıdır.

QafqazTürk “APA”-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Ukrayna münaqişəsində ölən insanlara heyfi gəlmir.

Patruşev onu da qeyd edib ki, Ukrayna rəhbərləri sülh müqaviləsi bağlamağa hazır olublar, lakin ABŞ-ın təzyiqinə görə bundan imtina ediblər.

“ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir. ABŞ dünyaya hakim ola bilməyəcək”, – Patruşev vurğulayıb.

Rusiya TŞ katibi KTMT Təhlükəsizlik Şurasının katiblərinin Minskdə keçirilən iclasda Lukaşenkodan regionda və dünyada vəziyyətlə bağlı faydalı məlumatlar aldığını da əlavə edib.

Sonrakı yazı
Könüllülüyün faydaları nədir və bizim şəxsi inkişafımıza onun hansı təsirləri var?
Öncəki yazı
ABŞ diplomatiya və sanksiyalarla İranın qarşısını alacağına söz verib – ƏTRAFLI