Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, sosial şəbəkələrdə daha bir dezinformasiya yayılır ki, guya Patriarxal taxt-tacında oturan Senaki və Çxorotsku mitropoliti Şio “Kilsəni açması üçün Kaşueti kilsəsinin keşişinə xəbərdarlıq verib”.
QafqazTürk Media xəbər verir ki, bəyanata əsasən, sözügedən məlumat tamamilə yalandır və yalnız cəmiyyəti iki yerə bölmək, fitnə salmaq, kilsəni gözdən salmağa xidmət edir.
Patriarxlığın bildirdiyinə görə, Kaşueti məbədi din xadimlərinin olduğu hər kəsin üzünə açıqdır və lazım gələrsə, istənilən vaxt vətəndaşlara kömək edəcək.
” Birmənalı şəkildə bildiririk ki, qeyd olunan məlumat tamamilə yalandır və ölkə üçün belə gərgin bir vəziyyətdə yalnız cəmiyyətin iki yerə bölünməsinə, ixtilafın qızışdırılmasına və kilsəni gözdən salmağa xidmət edir.
Təəssüf ki, bu, birinci dəfə deyil. Bir daha vurğulamaq istərdik ki, hazırda, noyabrın 29-u və 30-da olduğu kimi, Kaşueti məbədi hamının üzünə açıqdır, ruhanilər oradadır və lazım gələrsə, istənilən vaxt vətəndaşlara köməklik göstərəcəklər.
Mən sizi bu cür təxribatlara uymamağa, sakitliyə və sağlam düşüncəyə malik olmağa çağırıram.
Rəbb ölkəmizi əmin-amanlıqğa bürüsün!”, – deyə Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin yaydığı məlumatda bildirilir.