Paşinyanın təyyarəsi 30 ildən sonra ilk dəfə Azərbaycan hava məkanından istifadə edib

189

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi 30 ildən sonra ilk dəfə Azərbaycan hava məkanından istifadə edib.

Məlumata görə, avqustun 30-da Paşinyanın xarici səfəri zamanı təyyarə Azərbaycan üzərindən keçib. Faktı Baş nazirin mətbuat katibi Nazəli Bağdasaryan mediadan gələn sorğulara cavab olaraq təsdiqləyib.

Bağdasaryan bildirib ki, avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh danışıqlarından sonra Ermənistanın müvafiq qurumları Azərbaycana hava dəhlizinin açılması ilə bağlı müraciət ediblər və müsbət cavab alıblar.

“Biz bu addımı regional kommunikasiya xətlərinin açılması, sülh gündəliyinin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşmasına yönəlmiş praktiki addım kimi qiymətləndiririk”, – deyə Baş nazirin mətbuat katibi vurğulayıb.

Sonrakı yazı
“Armani” geyim brendinin sahibi məhşur modelyer vəfat etdi
Öncəki yazı
“Lelo – Güclü Gürcüstan” lideri Badri Caparidze azadlığa çıxdıqdan sonra açıqlama verib