Ermənistanın baş naziri Nikol Paşinyan “1950-ci ildə necə oldusa, “erməni soyqırımı” məsələsi gündəmə gəldi” sözləri ilə sərt tənqidlərə məruz qalıb. Onun bu açıqlamaları ölkədə siyasi qruplar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən kəskin etirazlarla qarşılanıb.
QafqazTürk Media verir ki, Paşinyan 24 yanvarda İsveçrənin Sürix şəhərində erməni icması nümayəndələri ilə görüşü zamanı bildirib ki, “erməni soyqırımı”nın əhəmiyyəti 1950-ci illərə qədər ermənilər tərəfindən tam dərk edilməmişdi.
O, çıxışında “1939-cu ildə “erməni soyqırımı” ilə bağlı bir gündəm yox idi. 1950-ci ildə isə bu mövzu necə oldusa, ortaya çıxdı. Bu, necə baş verdi?”, deyə qeyd edib.
Paşinyanın bu sözləri Ermənistan daxilində və xaricdəki erməni siyasi qrupları və vətəndaş cəmiyyəti təşkilatlarının sərt reaksiyasına səbəb olub. Onun bu açıqlamaları Ermənistanın xarici siyasət kursundan uzaqlaşmaq cəhdi kimi qiymətləndirilib.