This is a specific ad

Paşinyanın Əliyevə “yeni təklifləri”

265

Another advertisement

Oktyabrın 7-8-də Moskvada keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi söhbətin bəzi təfərrüatları məlum olub.

QafqazTürk Media xəbər verir ki, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sərkis Xandanyan Paşinyanın Moskvada İlham Əliyevi ikitərəfli görüşə dəvət etdiyini bildirib.

Sərkis iddia edir ki, Ermənistanın baş naziri Azərbaycan Prezidentinə xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi, sülh müqaviləsinin bir və ya iki maddəsinin razılaşdırılmasını, sonra isə COP29-dan əvvəl dövlət başçılarının bir araya gəlməsini təklif edib.

Bu iddialar nə dərəcədə həqiqətə uyğun görünür?

Politoloq Qabil Hüseynli deyir ki, iki ölkənin liderləri arasında görüş baş tuta bilər, lakin burada zaman və məkan məsələsi həlledici amildir:

“Bakı və İrəvan arasında sülh müqaviləsi istiqamətində mühüm görüşlər keçirilib, razılıqlar əldə olunub. Yəni 30 il ərzində əldə edilməyən irəliləyişlərə şahid olduq, bu, müsbət hadisədir. Prosesin uğurla nəticələnməsi, yəni sülh müqaviləsinin imzalanması üçün davamlı görüşlər və konstruktiv yanaşmalar şərtdir.

Ermənistan tərəfi Azərbaycandan fərqli olaraq prosesləri dəyişməyə cəhd edir. Bu, bilinən həqiqətdir. Fürsət düşən kimi xarici qüvvələri prosesə cəlb etmək, dezinformasiya yaymaqla yanlış təəssürat yaratmaq və təklifləri təhrif etmək istəyirlər”.

Politloq bildirib ki, liderlərin görüşü məsələsində rəsmi Bakının öncədən verdiyi təklif daha məqbuldur:

“Söhbət Azərbaycanın Ermənistanı rəsmi olaraq COP29-a dəvət etməsindən gedir. Fikrimcə, Nikol Paşinyanın Bakıya gəlişi və liderlərin burada baş tutacaq görüşü real sülhə töhfə verə bilər. Bunun xaricində təklif ediləcək görüşün baş tutmaması mümkündür”.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Müəllimlərin əmək haqqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib
Öncəki yazı
UEFA Albaniyanı Gürcüstan himninin səsləndirilməsi zamanı azarkeşlərin fit çalmasına görə cərimələyib