Paşinyandan Aİ-yə üzvlüklə bağlı siqnal: Ermənistan Avropa yolunda israrlıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Avropa İttifaqına üzv olmağa can atır. Onun sözlərinə görə, bu mürəkkəb proses olsa da, Ermənistan Avropa standartlarına uyğun islahatları davam etdirir.
“Əgər üzv ola bilməsək belə, Ermənistan Avropa standartlarına çatacaq”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir Brüsselə son səfəri zamanı Aİ ilə viza rejiminin liberallaşdırılmasının da müzakirə edildiyini bildirib.
Türkiyə ilə münasibətlərə toxunan Paşinyan, hökumətin normallaşma cəhdlərinə qarşı çıxanları tənqid edərək sual edib: “Biz müharibəmi aparmalıyıq?”