Paşinyandan açıqlama: Azərbaycan və Ermənistan arasında müharibə…

31

“Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq”,- bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da müraciətində bildirib.

“Bu gün bizim regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmanı gözləyir və biz bu yolla gedəcəyik. Bizim region sülh və firavan yaşamaq hüququ qazanıb və belə də olmalıdır. Ermənistan və Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq”, – Ermənistanın baş naziri qeyd edib.

Onun sözlərinə görə, Ermənistan azadlıq, demokratiya və sülh yolu ilə gedir.

“Bu, asan yol deyil, amma getməyə dəyər və onu başa çatdırmaq və geri dönməz mərmiyə çatmaq üçün bizə inam,  ehtiyatlılıq və ardıcıllıq lazımdır”, – Paşinyan bildirib.

 

Sonrakı yazı
Marneulidə bədbəxt hadisə baş verib: 1 ölü, 1 yaralı
Öncəki yazı
19 yaşlı qızın nəşi çaydan tapılıb