Another advertisement
Ermənistanda müxalifət liderləri baş nazir Nikol Paşinyana istefa üçün oktyabrın 5-dək vaxt veriblər.
QafqazTürk.com xəbər verir ki, bu barədə İrəvanda hökumət evi qarşısında keçirilən etiraz aksiyasında bildirilib.
“Biz bütün qüvvələrimizi birləşdirməliyik ki, oktyabrın 5-nə qədər Paşinyan istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün daha hansı qanlı sənədləri imzalamağa hazırlaşır. Biz buna imkan verməməliyik”, – deyə hərəkatın liderlərindən olan Andranik Tevanyan bəyan edib.
Sentyabrın 26-da etiraz aksiyasının davam etdiriləcəyi razılaşdırılıb.