This is a specific ad

Paşinyan: Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır – ƏTRAFLI

89

Another advertisement

“Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanması ehtimalı aşağıdır,” – QafqazTürk xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Erməni mediasının məlumatına görə, Ermənistan hökumət başçısı mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən imtina etmir.

“Mən, Brüsselə getsəm bəzi qüvvələrin soruşacağını zənn etdiyim aşağıdakı suala cavab vermək istəyirəm. Azərbaycanla sülh razılaşmasının imzalanmasının ehtimalı nə qədərdir? Təəssüflər olsun, bunun gerçəkləşməsi ehtimalı çox azdır. Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair ikitərəfli sazişin layihəsi hələ çox ilkin xarakter daşıyır və onun imzalanması barəsində söhbət erkəndir” – Paşinyan qeyd edib.

Sonrakı yazı
Gürcüstan əhalisinə sevindirici xəbər – ƏTRAFLI
Öncəki yazı
ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda sülh üçün – ƏTRAFLI