Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq konfransında iştirak edib.
QafqazTürk.com xəbər verir ki, o, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından danışıb.
“Biz yaxın aylarda Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş imzalayacağımıza ümid edirik”, – Paşinyan belə deyib.
O vurğulayıb ki, ölkəsinin Azərbaycan və Türkiyə ilə yolları bağlıdır və bunun üçün sülhə ehtiyac var.
Baş nazir Ermənistan hökumətinin təqdim etdiyi “Sülh Kəsişmələri” layihəsindən söz açıb.
O qeyd edib ki, bu layihə çərçivəsində yolların, dəmir yollarının, kəmərlərin, kabellərin, eləcə də elektrik xətlərinin yenidənqurması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyanı inkişaf etdirə bilər.
“Bir neçə ay ərzində İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər. Hazırda sənəd üzərində fəal iş gedir“, – Ermənistanın baş naziri qeyd edib.