This is a specific ad

Paşinyan Türkiyə ilə sərhədin açılması məsələsindən DANIŞDI

44

Another advertisement

“İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edir”.

QafqazTürk.com xəbər verir ki,bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Milli Assambleyasının daimi komissiyalarının 2024-cü il dövlət büdcəsi layihəsi üzrə iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün sərhədlərin açılmasını nəzərdə tutur.

“Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz artıq belə proseslərə (sərhəd keçidi) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”, – deyə Paşinyan əlavə edib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ-dan açıqlama: Bizim qətiyyən İsrailə və ya Qəzzaya qoşun göndərmək niyyətimiz yoxdur
Öncəki yazı
İsrail Xarici İşlər Nazirliyi alman tələbənin ölümünü rəsmən təsdiqlədi