This is a specific ad

Paşinyan sahibsiz itlərin hücumuna məruz qaldı

246

Another advertisement

Ermənistanın Şirak bölgəsinə səfər edən Nikol Paşinyan sahibsiz itlərin hücumuna məruz qalıb.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir ki, hadisə Şirak bölgəsinin mərkəzi hesab edilən Gümrü şəhərində baş verib.

Belə ki, N.Paşinyan bu gün səhər saatlarında Gümrü şəhərində mühafizəçilərinin müşayiəti ilə velosiped sürərkən sahibsiz itlər ona hücum edib. Nəticədə N.Paşinyan və onun cangüdənləri təşviş içində ərazidən uzaqlaşıblar.

Hadisənin baş verdiyini Gümrü şəhərinin sakinləri də təsdiq ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ölümündən də istifadə edər, insanoğlu…
Öncəki yazı
Prezident Avropa İttifaqının səfiri ilə görüşüb