This is a specific ad

Paşinyan: “Rusiya sülhməramlıları Qarabağı tərk edərlərsə, Ermənistana keçməməlidirlər”

48

Another advertisement

Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir.

“Qafqaztürk”ün məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində bildirib.

“Bu, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar”, – o, jurnalistin sülhməramlıların Ermənistanda yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Sənəd sülhməramlıların yerləşdirilməsinin Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq həyata keçirilməsini nəzərdə tuturdu. Kontingentin xidmət müddəti 5 il təşkil edir.

Tərəflərdən hər hansı biri müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam vermək niyyətini bəyan etməzsə, sülhməramlıların qalma müddəti avtomatik olaraq daha 5 il uzadılmış sayılacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda uşaq bağçalarının tikintisi və bərpası üçün təxminən bir milyard lari ayrılıb
Öncəki yazı
Ölkə üzrə mövsümi qrip peyvəndi oktyabrın ikinci yarısından başlayacaq