This is a specific ad

Paşinyan: “Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyevlə danışıqlar mayın 25-də aparılacaq”

32

Another advertisement

“Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə mayın 25-də Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparılacaq.”

QafqazTürk xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.

“Biz Kremil tərəfindən Rusiya prezidentinin vasitəçiliyi ilə mayın 25-də Moskvada üçtərəfli sammitin keçirilməsi ilə bağlı təklif aldıq, bu təklifi qəbul etdik”, – deyə o bildirib.

Azərbaycanla Erməistan arasında görüşlərin son zamanlar intensivləşdiyini bildirən Nikol  Paşinyan onu da əlavə edib ki, Moskvadan başqa, iyunun 1-də Kişinyovda da İlham Əliyevlə görüşə hazırlaşır: “Bu danışıqlar Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə aparılacaq. Eyni formatda görüşün oktyabrda Qranadada keçirilməsi nəzərdə tutulub. Brüsseldə növbəti üçtərəfli görüş iyulda keçiriləcək”, – deyə o əlavə edib.

Sonrakı yazı
Qazax Müəllimlər Seminariyası Gürcüstandakı Azərbaycandilli məktəblər üçün kadr hazırlayacaq – ƏTRAFLI
Öncəki yazı
İrakli Ğaribaşvili və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub – ƏTRAFLI