“Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə mayın 25-də Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparılacaq.”
QafqazTürk xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.
“Biz Kremil tərəfindən Rusiya prezidentinin vasitəçiliyi ilə mayın 25-də Moskvada üçtərəfli sammitin keçirilməsi ilə bağlı təklif aldıq, bu təklifi qəbul etdik”, – deyə o bildirib.
Azərbaycanla Erməistan arasında görüşlərin son zamanlar intensivləşdiyini bildirən Nikol Paşinyan onu da əlavə edib ki, Moskvadan başqa, iyunun 1-də Kişinyovda da İlham Əliyevlə görüşə hazırlaşır: “Bu danışıqlar Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə aparılacaq. Eyni formatda görüşün oktyabrda Qranadada keçirilməsi nəzərdə tutulub. Brüsseldə növbəti üçtərəfli görüş iyulda keçiriləcək”, – deyə o əlavə edib.