This is a specific ad

Paşinyan: “Qarabağ məsələsi Ermənistanın boynuna ilgək kimi bağlanıb”

258

Another advertisement

“Biz beynəlxalq diplomatik mexanizmlərin dünya düzəninə bələd deyilik, çünki biz dövlət deyildik, oyunların predmeti idik.”

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində deyib.

“Bizə həmişə elə gəlirdi ki, haradasa yaxşı qüvvələr və şər qüvvələr var və biz yaxşılarla dost olsaydıq, qalib gələrdik. Heç kim yaxşı və ya pis deyil, hər kəsin öz vətəndaşlarına qarşı humanizm problemi var və bu, birinci problemdir”, – Ermənistan hökumətinin başçısı bildirib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti balanslaşdırılmış xarici siyasət yürüdür və təhlükəsizliyin təminatlarından biri sülh və qonşularla normal münasibətlərdir.

“3+3 formatında iştirakımızla bağlı məsələ həll olunanda və iştirak etməyi qərara alanda bu qərar ciddi tənqidlərə məruz qaldı, indi isə deyə bilərəm ki, çox düzgün qərar idi. Bu, bizim xarici siyasətimizin regional ölçüsünü vurğulayır. İranla münasibətlərimiz normaldır və siyasi qərarın nəticəsi deyil. Eyni sözləri Gürcüstanla münasibətlər haqqında da demək olar. Bizim siyasətimiz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına yönəlib. Müstəqilliyimiz dövründə bütün xarici siyasi yükü əsgərlərin çiyninə qoymuşuq. Belə olmur. Biz təhlükəsizliyimizi təkcə əsgər və ordu ilə deyil, həm də siyasətimizlə, iqtisadiyyatımızla, sosial psixologiyamızla, yanaşmalarımızla, təxribatlara boyun əyib-təslim olmamağımızla təmin etməliyik”, – Nikol Paşinyan bildirib.

Ermənistanın baş naziri onu da qeyd edib ki, Qarabağ məsələsi Ermənistanın boynuna ilgək kimi bağlanıb və ondan bir çox dövlətlər istifadə edib.

Kateqoriya: Dünya, Region, Siyasət
Sonrakı yazı
Azərbaycanın daha bir ərazisi qaytarıla bilər
Öncəki yazı
Çiriqba: “Abxaziyanın Gürcüstana inteqrasiyasından danışa bilmərik, yalnız üzr istəmək vəziyyəti dəyişməyəcək”