This is a specific ad

Paşinyan “Nemezis” abidəsinin açılmasını doğru saymır

46

Another advertisement

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda “Nemesis” silsilə terror əməliyyatlarına həsr olunan abidənin açılması barədə qərarı doğru saymır.

Bu barədə o, mediaya “Azadlıq Radiosunun” Ermənistan bürosuna verdiyi açıqlamasına bildirib. N.Paşinyanın sözlərinə görə, abidə ilə bağlı qərarı hökumət yox, şəhər rəhbərliyi verib və onun həyata keçirilməsi düzgün deyil.

“Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri də odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub”, – deyə erməni Baş nazir vurğulayıb.

Eyni zamanda bu hadisənin emosional fonda baş verdiyinə diqqət çəkib.

Xatırladaq ki, “Nemezis” Daşnaksütyun Partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi “erməni soyqırımı”nı və Bakıda 1918-ci ilin sentyabrında erməni əhalisinin guya qırğınını təşkil etmiş şəxslərdən qisas alınması olub. Əməliyyat çərçivəsində qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri var olub. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülüb.

Sonrakı yazı
86 il əvvəl dünyada ən iri sərnişin dirijablı qəzaya uğramışdır
Öncəki yazı
Rusiya ordusu Xersonu atəşə tutub, altı nəfər ölüb, yaralılar var