This is a specific ad

Paşinyan İlham Əliyevlə görüşündən danışdı: “Masada mühüm sual var idi”

59

Another advertisement

Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb.

QafqazTürk.com xəbər verir ki, o, görüş zamanı masada mühüm sualın olduğunu bildirib.

Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiqləyirlərmi? Əgər yekunlaşdırsaq, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar“, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri Münhendə görüş keçirib.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə əlaqədar görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İraqın şimalında iki terrorçu məhv edildi
Öncəki yazı
Ürək xəstələri üçün ən təhlükəli saat