“Azərbaycan adından danışa bilmərəm, bu düzgün olmazdı, amma bilirsiniz ki, biz Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qanunu qəbul etmişik”, – QafqazTürk Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən 8-ci Sülh Forumunun çərçivəsində baş tutan müzakirə zamanı bildirib.
Azərbaycanla mümkün razılaşma iki ölkənin Avropa inteqrasiyası istiqamətində ilk addım ola bilərmi sualını cavablandırarkən Baş Nazır Gürcüstan barədə də danışıb və qeyd edib ki, “bu məsələ regionun digər ölkəsi — Gürcüstanın Avropa perspektivi ilə də bağlıdır”.
“Ermənistanda bu qanunun qəbulu qismən Gürcüstana bir il əvvəl Avropa İttifaqına namizəd ölkə statusu verilməsi sayəsində mümkün olub. Mən dəqiq deyə bilmərəm, çünki bu, həm də coğrafiya məsələsidir, lakin Ermənistanın timsalında hesab edirəm ki, Gürcüstanın Avropa perspektivi çox vacibdir”, – Paşinyan forumda qeyd edib.
