Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Türkiyə və Azərbaycan arasında yük maşınlarının tranzitini təmin etməyə hazırdır. O, bunu Ermənistanın büdcə layihəsinin müzakirəsi zamanı açıqlayıb.
“ Ermənistan büdcəsini Azərbaycanla əldə olunan sülh razılaşması çərçivəsində ilk dəfə müzakirə edir. Biz hazırıq ki, Türkiyə-Azərbaycan arasında yük maşınlarının tranzitini təmin edək” – deyə Paşinyan bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədində son 1 il 8 ay ərzində heç bir əsgər həyatını itirməyib:
“Ermənistan tarixində ilk dəfədir ki, son 1 il 8 ay ərzində sərhəddə heç bir əsgər ölməyib. Bu, ölkəmiz üçün nadir hadisədir,” – deyə o əlavə edib.
