This is a specific ad

Paşinyan: “Ölkəmizin Aİ-yə üzvlük şansı olarsa onu əldən verməyəcəyik”

289

Another advertisement

“Əgər ölkəmizin Avropa İttifaqına daxil olmaq şansı olsa, onu əldən verməyəcəyik”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Aİ-nin Gürcüstan və Türkiyə ilə münasibətlərinin necə inkişaf edəcəyi vacibdir.

Eyni zamanda Paşinyan deyir ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətləri şəffaf olmalıdır.

“Bu strategiyanın davam etdirilməsi bizi Avropa İttifaqı, ABŞ və Qərb tərəfdaşları ilə daha da yaxınlaşdıracaq. Avropa İttifaqı ilə gələcək münasibətlərimiz şəffaf olmalıdır. Əgər biz Avropa İttifaqına tamhüquqlu üzvlüyün az və ya çox real imkanını görsək, o cümlədən bu yolda rastlaşa biləcək mümkün təhlükələrlə məşğul olsaq, bu anı qaçırmayacağıq”, – deyə Ermənistanın baş naziri bildirib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Gənc futbolçunun müəmmalı ölümündə kimdir müqəssir?-Həkimlər yoxsa…?
Öncəki yazı
19 Sentyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı