Partiyaların Birləşmə Planı – Müxalifət nə deyir?

55

Müxalifət “Gürcü Arzusu” partiyasına qarşı birləşə biləcəkmi və partiyalarda nə deyilir sualına cavab olaraq ”Güclü Gürcüstan” üzvü Qriqol Qeqeliya bildirib ki, hər hansı əməkdaşlıqdan əvvəl bir sıra suallara cavabların alınması vacibdir.

QafqazTürk Media xəbər verir ki, Qriqol Qeqeliya jurnalistlərə açıqlamasında bildirib ki, son üç ay ərzində bir sıra suallara aydın cavabların verilməsi onun üçün xüsusilə önəmlidir.

 “Mənim üçün vacibdir ki, bir sıra suallara aydın cavablar alım, yalnız bundan sonra hər hansı əməkdaşlıq və dialoqu düşünə bilərəm. Siyasətçilər ümumiyyətlə nə istədiklərini müəyyənləşdirməlidirlər, hər bir məsələyə münasibətlərini açıqlamalıdırlar və ortaq siyasi mübarizəni necə görürlər, bunu ifadə etməlidirlər. Bir gün bir siyasi mövqe, başqa gün isə başqa mövqe nümayiş etdirmək mənim üçün qəbuledilməzdir. Mən hesab edirəm ki, 4 oktyabrda seçkilərdə paytaxt Tbilisidə opposisiyanın birlikdə uğursuz çıxışı böyük səhv idi, bunu həm rəqəmlər, həm də riyazi analiz sübut edir.”  – Qriqol Qeqeliya vurğulayır.

“Dəyişikliklər üçün” koalisiyasının üzvü Tengiz Tevzadze isə bildirib ki, birləşmə yalnız simvolik olmamalı və bunun üçün opposisiya qüvvələri arasında resursların tapılması vacibdir:

“Müxalifət birləşməlidir, xüsusən də proqərbçi qüvvələr. Əgər birləşmə baş verəcəksə, məqsəd tələblərin yerinə yetirilməsinə nail olmaq olmalıdır. Mən hesab etmirəm ki, birlik sadəcə simvolik olmalıdır. Vacibdir ki, birliyimiz güc nümayiş etdirsin. Konfiqurasiyanın necə olacağını bilmirəm, amma proqərbçi, demokratik qüvvələrdə resursların tapılması zəruridir. Bu resurs olacaq, əlbəttə, əgər iradə yaranarsa,” – deyə Tevzadze bildirib.

Milli Hərakatın üzvü İrakli Favlenişvili isə düşünür ki, mübarizədə birlik olmalıdır:

“Birləşmədən danışarkən nəzərdə tuturuq ki, mübarizədə yalnız partiyalar yox, İvanişviliyə qarşı mübarizədə iştirak edən hər kəs birlikdə olmalıdır. Çünki ölkədə klassik mənada müxalifət partiya strukturları, partiya və seçki prosesi yoxdur. Ona görə hamımız birgə çalışmalıyıq ki, partiya-siyasi proses bərpa edilsin və seçkilər geri dönsün. Seçkilər fiziki olaraq mövcud olmadığından, bu birliyə nail olmaq vacibdir,” – deyə Favlenişvili vurğulayıb.

Xatırladaq ki, keçmiş ombudsman Nino Lomcarı isə müxalifətə dərhal parlament seçkilərinə hazırlaşmağı təklif edir. Lomcarının sözlərinə görə, ölkənin gələcəyini müəyyən edəcək seçkilərdə əsas məsələlərdən biri vahid seçki siyahısının yaradılması və ortaq baxışların formalaşdırılmasıdır ki, bu da toplanma mərkəzi və dayanıqlı platforma üçün təməl rolunu oynayacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Baş nazir İrakli Kobaxidze Çinin baş naziri Li Qianın dəvəti ilə Şanxaya səfər edəcək
Öncəki yazı
Bu gündən etibarən Gürcüstan vətəndaşları yenilənmiş dizaynlı şəxsiyyət vəsiqələrini əldə edə biləcəklər – ƏTRAFLI