This is a specific ad

Parlamentdə xüsusi təhlükəsizlik rejimi tətbiq edilib

51

Another advertisement

Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

QafqazTürk.com xəbər verir ki, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər.

Bununla yanaşı, məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək.

Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanunlayihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə bu gün parlamentin qarşısında etiraz aksiyalarını bərpa edəcəklərini bildiriblər.

Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

Qeyd edək ki, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini icra edən Aleksandr Tabatadze Hulusi Akar ilə görüşüb – FOTOLAR
Öncəki yazı
ლარი კვლავ გამყარდა – ვალუტის კურსი