This is a specific ad

Parlamentin sədri: Nə ABŞ, nə də Avropa ölkəmizdəki təsirlərinin şəffaflığını istəyir

51

Another advertisement

Nə ABŞ, nə də Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəyir.

QafqazTürk.com  xəbər verir ki, bunu Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili deyib.

“Xarici ölkələrin təsiri ilə bağlı şəffaflıq xarici ölkələrin maraqlarına uyğun deyil, bu təbiidir. Bu qanun gürcü xalqının maraqlarına uyğundur. Konqres şəffaflığın təmin edilməsi əvəzinə, gizli şəkildə Milli Demokratiyaya Dəstək Fondunu maliyyələşdirir. Bu zaman isə Gürcüstandakı siyasi partiyalar və radikal qruplar əksinə, gizli xərcləmələri təşviq edirlər”, – Ş.Papuaşvili deyib.

Qeyd edək ki, bir müddət önvə ABŞ Konqresi Gürcüstanın Baş nazirini hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini və gürcü xalqının hüquq və azadlıqlarını pozan digər təşəbbüsləri geri götürməyəcəyi təqdirdə Belarus tipli sanksiyalarla hədələyib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“Napoli” klubu Xviça Kvaratsxeliyanın maaşını 6 dəfə artırmağı düşünür
Öncəki yazı
“Rus qanununa yox!” adlı aksiyanın təşkilatçıları bu gecə Parlament binasının önündə gecələyəcəklərini elan edib