Parlamentin Prosedur Məsələləri Komitəsi üç müxalifət partiyasının qadağan edilməsinə dair ərizənin imzalarını həqiqiliyini təsdiqləyib

75

Parlamentin Prosedur Məsələləri Komitəsi üç müxalifət partiyasının qadağan edilməsinə dair Konstitusiya məhkəməsinə təqdim olunacaq iddia ərizəsi üzrə deputatların imzalarının həqiqiliyini təsdiqləyib.

QafqazTürk Media xəbər verir ki, bu iddiaya “Gürcü Arzusu”, “Xalqın Gücü” və “Avropalı Sosialistlər” partiyalarından olan 88 deputat imza atıb.

Mövcud informasiyaya əsasən, sənədin bu gün Konstitusiya Məhkəməsinə göndərilməsi gözlənilir.

İddianı imzalayan deputatlar “Vahid Milli Hərəkat”, “Lelo – Güclü Gürcüstan” və “Dəyişiklik Naminə Koalisiya” partiyalarının qanunsuz elan olunmasını və qadağan edilməsini tələb edirlər.

Bununla yanaşı, parlamentin sədri Şalva Papuaşvili oktyabrın 28-də keçirdiyi brifinqdə bildirib ki, iddia ərizəsində konkret siyasətçilərə qarşı siyasi fəaliyyətin qadağan olunması tələbi yer almır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Arximandrit Dorothe Kuraşvilinin Yeparxiya Komissiyasının iclasında media ilə birlikdə iştirakına icazə verilməyib
Öncəki yazı
Arximandrit Dorothe Kuraşvili: “Patriarxlığa gedirəm, amma əgər media iştirak etməsə, iclasda iştirak etməyəcəyəm”