Parlamentin plenar iclasında müvəqqəti istintaq komissiyasının aralıq hesabatı dinləniləcək

22

Bu gün Parlamentin plenar iclasında müvəqqəti istintaq komissiyasının aralıq hesabatı dinləniləcək. Məsələ plenar iclasın gündəliyində öz əksini tapıb.

Parlament komissiyanın mandatının bir ay, iyunun 5-dək uzadılması barədə də qərar verməlidir.

İstintaq komissiyasının sədri Tea Çulukianinin sözlərinə görə, komissiya fevralın 13-dən indiyədək 17 iclas keçirib, 55 nəfər dindirilib, onlardan 30-a yaxını zərərçəkən olub.

“400-ə yaxın müraciət daxil olub, onlardan 300-dən çoxuna artıq baxılıb. Məlum olur ki, şikayət və ya bəyanatların əksəriyyəti əsasən mülkiyyət hüquqlarının pozulması, işgəncə və qeyri-insani rəftarla bağlıdır. Nəticə layihəsi yazılır və artıq 100-dən çox səhifə tərtib edilib”, – Tea Çulukiani bildirib.

Xatırladaq ki, 11-ci çağırış Parlamentində Vahid Milli Hərəkatın fəaliyyətini öyrənmək üçün istintaq komissiyası yaradılıb. Komissiyanın yaradılmasının təşəbbüskarı “Gürcü arzusu” fraksiyasıdır. Komissiya başda 2003-2012-ci illər arasında baş vermiş faktları araşdırmalı idi, sonradan əksəriyyət qərarını dəyişərək komissiyanın mandatını bu günə qədər uzadıb.

Sonrakı yazı
30 aprel tarixinə olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
“Mən Gürcüstan və Ermənistanın ölkələrimizin rifahı naminə qardaşlıq, dostluq və əməkdaşlığı davam etdirmək istəyi və buna hazır olduğumu bildirmək istərdim”-Vaaqn Xaçaturyan