Bu gün Parlamentin plenar iclasında müvəqqəti istintaq komissiyasının aralıq hesabatı dinləniləcək. Məsələ plenar iclasın gündəliyində öz əksini tapıb.
Parlament komissiyanın mandatının bir ay, iyunun 5-dək uzadılması barədə də qərar verməlidir.
İstintaq komissiyasının sədri Tea Çulukianinin sözlərinə görə, komissiya fevralın 13-dən indiyədək 17 iclas keçirib, 55 nəfər dindirilib, onlardan 30-a yaxını zərərçəkən olub.
“400-ə yaxın müraciət daxil olub, onlardan 300-dən çoxuna artıq baxılıb. Məlum olur ki, şikayət və ya bəyanatların əksəriyyəti əsasən mülkiyyət hüquqlarının pozulması, işgəncə və qeyri-insani rəftarla bağlıdır. Nəticə layihəsi yazılır və artıq 100-dən çox səhifə tərtib edilib”, – Tea Çulukiani bildirib.
Xatırladaq ki, 11-ci çağırış Parlamentində Vahid Milli Hərəkatın fəaliyyətini öyrənmək üçün istintaq komissiyası yaradılıb. Komissiyanın yaradılmasının təşəbbüskarı “Gürcü arzusu” fraksiyasıdır. Komissiya başda 2003-2012-ci illər arasında baş vermiş faktları araşdırmalı idi, sonradan əksəriyyət qərarını dəyişərək komissiyanın mandatını bu günə qədər uzadıb.