Another advertisement
Gürcüstan parlamentinin plenar iclasında səs-küy və qarşıdurma yaranıb.
QafqazTürk.com xəbər verir ki,müxalif deputatlar hakim partiyanın üzvü İrakli Beraianın tutduğu komitə sədri vəzifəsindən istefa verməsini tələb edirlər.
Onların sözlərinə görə, İ.Beraia müxalif həmkarlarına qarşı etdiyi hörmətsizliyə görə cəzalandırılmalıdır.
Parlamentin sədri Şalva Papuaşvili isə müxalif deputatlara səslənib və Beraianın üzrünü qəbul edərək məsələyə son qoymağa çağırıb. Müxalif deputatlar isə buna məhəl qoymayıblar. Gərginlik fonunda mandatorlar müxalifət təmsilçisi Aleko Elisaşvilini zaldan çıxarıb.