Another advertisement
Parlamentin Hüquq Məsələləri Komitəsinin iclası səs-küy fonunda keçirilir.
QafqazTürk.com xəbər verir ki,müxalifətdən olan Tamar Kordzaia komitənin iclasından uzaqlaşdırılıb. Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili Tamar Kordzaianın reqlamenti pozduğunu qeyd edib.
İclasda mübahisə də baş verib. Kordzaia iclas zalından çıxarkən qeyd edib ki, “satqınlarla birlikdə olmaqdan onsuz da məmnun deyil”. Onun bu qiymətləndirməsi parlament əksəriyyətinin üzvlərinin etirazı ilə müşaiyət olunub.
Bundan əvvəl müxalifətdən olan deputatlar Qiorqi Vaşadze və Levan Bejaşvili parlamentin Hüquq Məsələləri Komitəsinin iclasından uzaqlaşdırılıb. İclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilir.