This is a specific ad

Parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb

55

Another advertisement

Gürcüstan parlamentinin bugünkü plenar iclası təxirə salınıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstan parlamenti xəbər yayıb.

Məlumata görə, plenar iclasın ləğv edilməsi nəticəsində xarici işlər naziri İlya Darçiaşvilinin dinləmələri də keçirilməyəcək.

Qeyd edək ki, Darçiaşvili “Nazir saatı” formatında parlamentə dəvət olunmuşdu.

Parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, etirazçıların Parlament Sarayına hücumu nəticəsində binaya və infrastruktura ziyan dəyib. Buna görə də bu gün Parlament Sarayında tədbirlər təxirə salınıb. Büro və plenar iclaslar baş tutmayacaq.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ötən gecə aksiyada xəsarət alanların sayı açıqlanıb
Öncəki yazı
Gürcüstan vətəndaşı olmaq istəyənlər gürcü dilindən imtahan verəcəklər