Another advertisement
Gürcüstan parlamenti etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ikinci oxunuşu aprelin 29-da keçirəcək.
QafqazTürk.com xəbər verir ki, parlamentin Hüquqi Məsələlər Komitəsi aprelin 29-da qanun layihəsinin maddələrini ayrı-ayrılıqda nəzərdən keçirəcək. İclasın səhər saat 09:00-da başlayacağı qeyd olunub.
Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşu aprelin 17-də keçirilib. Müxalifətin boykot etdiyi səsvermədə 83 deputat layihənin lehinə səs verib.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası aprelin 29-da “qanun layihəsinə olan ictimai dəstəyi” göstərmək məqsədilə genişmiqyaslı mitinq təyin edib.