This is a specific ad

Parlamentdə prezidentin impiçmenti məsələsi uğursuz nəticələnib

9

Another advertisement

Parlamentdə prezident Salome Zurabişvilinin impiçment məsələsi (vəzifədən kənarlaşdırılması) səsverməyə qoyulub.

QafqazTürk.com xəbər verir ki,prezidentin ipmiçmenti yetərli səs toplamadığı üçün uğursuz nəticələnib.

86 deputat Salome Zurabişvilinin istefasının lehinə, biri isə əleyhinə səs verib. Səsvermə gizli keçirilib. Prezidentin impiçmenti üçün parlamentin tam tərkibinin üçdə ikisinin, yəni 100 deputatın səsi tələb olunurdu. 90 deputat qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, bazar ertəsi Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumət tərəfindən Avropaya icazəsiz səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Plenumun 9 hakimindən altısı bu qərarı dəstəkləyib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Rus işğalçıları iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Öncəki yazı
“Qalatasaray” Azərbaycanı təbrik etdi – FOTO