This is a specific ad

Parlament Zurabişvilinin “ofşor qanunu”na vetosunun ləğvini müzakirə edir

67

Another advertisement

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin “ofşor qanunu”na qoyduğu vetosunun ləğvini müzakirə edir.

QafqazTürk.com xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasından olan deputatlar Maliyyə və Büdcə komitəsinin dəstəkləməsindən sonra vetonun götürülməsinin müzakirəsinə başlayıb.

Prezident Salome Zurabişvili qanun layihəsi ilə ölkənin Vergi Məcəlləsinə düzəlişləri “qəbuledilməz” adlandırıb. O, qanun layihəsinin yerli və xarici investorların sərmayələrinə münasibətdə qeyri-bərabər və ayrı-seçkilik yaratdığını, Gürcüstanın beynəlxalq investisiya məkanında reputasiyasını zədələyəcəyini və çirkli pulların yuyulması ilə bağlı qanunlardan yayınmaq riski yaradacağını bildirib.

Qeyd edək ki, qanun layihəsi ofşor şirkətlərdən Gürcüstana pul köçürmələrinin vergidən azad edilməsini nəzərdə tutur. Həmin əməliyyatlar gəlir, mənfəət və əmlak vergilərindən azad olunacaqlar. Həmçinin aviasiya vasitələri, avtomobillər, maşınlar idxal rüsumlarından azad ediləcək və 2030-cu ilədək əmlak vergisi ödəməyəcəklər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
Öncəki yazı
Psixoloji sağlamlığı yaxşılaşdırmaq üçün beş vərdiş