Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşüb və burada Avropa İttifaqına üzv və tərəfdaş dövlətlərin parlament sədrlərinin konfransında iştirak edəcək.
Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Eyni mənbələrdən verilən məlumata görə, tədbirin hər iki iclasında parlament sədrinin çıxışı nəzərdə tutulub. Həmçinin, səfər çərçivəsində Şalva Papuaşvili Macarıstanın paytaxtı Budapeştdə ikitərəfli görüşlər keçirəcək.
Parlament sədrinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili daxildir. Səfər mayın 12-də başa çatacaq.