This is a specific ad

Parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası məlumat yayıb

78

Another advertisement

Oktyabrın 26-da keçiriləcək Gürcüstan parlamenti seçkilərində iştirak etmək hüququ üçün qeydiyyat ərizələri başa çatıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müraciət üçün son tarix iyulun 15-də başa çatıb. Qeydiyyatdan keçmək üçün MSK-ya 28 siyasi birlik müraciət edib, onlardan 9-u artıq qeydiyyatdan keçib, 19-u isə qeydiyyat prosedurundan keçir. Gürcüstan parlamentinə seçkilərdə partiya tərəfdarlarının siyahısını aldıqdan sonra 60 gün ərzində yəni 1 avqustadək 25 000 seçici siyahısı təqdim etməlidir.

2024-cü il oktyabrın 26-da keçiriləcək Gürcüstan parlamenti seçkilərində yuxarıda qeyd olunan siyasi partiyalarla yanaşı, Seçki Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə cavab verən partiyaların da iştirak etmək hüququ var. Xüsusilə, 2020-ci ildə Gürcüstanda keçirilən parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçmiş və Gürcüstanda parlament seçkilərində seçilmiş parlament üzvləri də var.

Tələblərə aşağıdakı partiyalar cavab verir:

“Gürcü arzusu – Demokratik Gürcüstan”
“Lelo Gürcüstan üçün”
“Yeni Siyasi Mərkəz” – “Qirçi”
“Aleko Elisaşvili – Vətəndaşlar”
“Avropalı Gürcüstan – Azadlıq Hərəkatı”
“Gürcüstan Vətənpərvərləri Alyansı”
“Qiorqi Vaşadze – Ağmaşenebeli Strategiyası”
“Hüquq və Ədalət”
“Vahid Milli Hərəkat”
“Gürcüstanın Avropa Demokratları”
“Gürcüstan Respublika Partiyası”
“Xalq üçün hərəkat”
“Tərəqqi və azadlıq”

Gürcüstan parlamenti seçkilərində iştirak etmək hüququ əldə etmək üçün adıçəkilən partiyalar seçkilərin təyin edildiyi gündən  sonra 57 gündən gec olmayaraq (30 avqust) partiyanın məsul şəxsi(lər)i tərəfindən imzalanmış müvafiq bəyanatla MSK sədrinə müraciət etməlidirlər.

Qeydiyyat prosedurları tamamlandıqdan sonra yenilənmiş məlumatları ictimaiyyətə təqdim edəcəyik.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Hansı hallarda Gürcüstan vətəndaşlığından çıxmaq mümkündür?-Ətraflı
Öncəki yazı
Tələbələrin nəzərinə!-Tələbələr üçün ödənişli təcrübə proqramı hazırlanıb