Another advertisement
Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-ə olan məlumata görə, parlament seçkilərini müşahidə etmək üçün 64 beynəlxalq təşkilatı qeydiyyata alıb ki, bu da 2008-ci ildən bəri keçirilən bütün parlament seçkilərinin göstəricilərini üstələyib.
Statistikaya görə, 2020-ci ildə parlament seçkilərini 48, 2016-cı ildə 55, 2012-ci ildə 61, 2008-ci ildə isə 62 beynəlxalq təşkilat müşahidə edib.
Beynəlxalq müşahidə təşkilatlarının qeydiyyatı oktyabrın 22-dək davam edəcək. Müraciətlər və yoxlamalar başa çatdıqdan sonra MSK hər bir təşkilatdan olan müşahidəçilərin sayını öz səhifəsində dərc edəcək.
Qeyd edək ki, parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.