This is a specific ad

Parlament sarayında prezidentin andiçmə mərasimi keçirilir

43

Another advertisement

Parlament sarayında seçkilər kollegiyası tərəfindən prezident vəzifəsinə seçilmiş Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir.

Kavelaşvili İncil və Konstitusiyaya and içəcək. Mixail Kavelaşvili inauqurasiyaya ailə üzvləri ilə birlikdə gəlib.

Konstitusiyaya görə, Gürcüstanın yeni seçilmiş prezidenti vəzifəyə başlamazdan əvvəl and içir:

“Mən, Gürcüstan prezidenti, Allah və millət qarşısında and içirəm ki, Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, birliyini və bölünməzliyini qoruyacağam, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyəm, təhlükəsizliyin qayğısına qalacağam”.

Parlament üzvlərinin, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin, Acara və Abxaziyanın Ali Şurasının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri  dəvət olunub.

Açılış mərasimində iştirak etmək üçün saraya “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili də gəlib.

Diplomatik korpus tədbirə dəvət edilmir.

Bundan əlavə, onu da qeyd edək ki, parlament binasında media nümayəndələrinin andiçmə prosesindən foto və video çəkmək imkanı yoxdur.

Jurnalistlər, operatorlar və fotoqraflar parlament binasının Rustaveli zalında (B binası, 0-cu mərtəbə) təşkil olunmuş media məkanındadırlar, oradan media nümayəndələri inaqurasiyanı izləmək və respondentləri qeyd etmək imkanı əldə edirlər.

Sonrakı yazı
“Mən Orbeliani sarayını tərk edəcəyəm”-Salome Zurabişvili
Öncəki yazı
Şalva Papuaşvili Co Uilsonun Salome Zurabişvilini ABŞ-da keçiriləcək andiçmə mərasiminə dəvət etməsini dəyərləndirib