• 24 Fevral 2025 09:37

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Parlament sabah üç siyasi partiyadan olan deputatların mandatına vaxtından əvvəl xitam verilməsini müzakirə edəcək

ByTürkan Şahverdova

Fev 4, 2025
Another advertisement

Fevralın 5-də Parlament üç siyasi birliyin üzvlərinin deputat mandatına vaxtından əvvəl xitam verilməsi məsələsini müzakirə edəcək.

Gündəliyə “ Vahid Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Güclü Gürcüstan” üzvlərinin – ümumilikdə 49 deputatın mandatına xitam verilməsi məsələsi var. Onlar noyabrda mandatlarına xitam verilməsi xahişi ilə parlamentə müraciət ediblər.

Məsələ sabah Prosessual Məsələlər və Qaydalar Komitəsinin müzakirəsinə çıxarılacaq və komissiya öz nəticələrini qərar qəbul edilməsi üçün plenar iclasa təqdim edəcək.

MSK-nın icmal protokoluna əsasən, 26 oktyabr 2024-cü il seçkiləri nəticəsində “Güclü Gürcüstan” 14 mandat, “Dəyişikliklər Koalisiyası” 19 deputat, “Vahid Milli Hərəkat” isə 16 mandat qazanıb.

“Gürcüstan Naminə Qaxariya” partiyasının parlamentdə 12 mandatı var. Qiorqi Qaxariyanın siyasi birliyi digər partiyalar kimi 26 oktyabr seçkilərini qeyri-legitim elan edir və mandatlarına xitam verilməsi ilə bağlı bəyanat verməsələr də, parlamentin fəaliyyətində iştirak etmir.