Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının səfirliyində açılan başsağlığı kitabında öz kədərini ifadə edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.
Onların verdiyi məlumata görə, Şalva Papuaşvili “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı dərin hüznlə kədərləndiyini, Azərbaycan hökumətinə və xalqına dəstəyini ifadə edib.
Məlumat üçün bildirək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub. Təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfər olub.