Parlament qarşısında etiraz aksiyası davam edir

85

Parlament qarşısında etiraz aksiyası başlayıb.

Etirazçılar Rustaveli prospektində yolu bağlayıblar.

Davamlı etirazların 56-cı günündə nümayişçilərin tələbləri dəyişməz olaraq qalır – yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.

Məlumat üçün bildirək ki, vətəndaşların etirazı İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqı ilə üzvlük danışıqlarının açılmasını 2028-ci ilə qədər təxirə saldığını bildirdiyi bəyanatından sonra başlayıb.

Sonrakı yazı
Los-Anceles yaxınlığında 31 mindən çox insanın məcburi evakuasiya əmrinə səbəb olan yeni yanğın baş verib
Öncəki yazı
Tramp süni intelekt üçün 500 milyon ayıracaq