Another advertisement
Parlament qarşısında etiraz aksiyası başlayıb. Etirazçılar artıq Rustaveli prospektində magistral yolu bağlayıblar.
Davamlı etiraz aksiyasının 41-ci günündə vətəndaşlar eyni tələblə – yeni seçkilərin keçirilməsi və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə qanunverici orqana toplaşıblar.
Məlumat üçün bildirək ki, vətəndaşlar baş nazirin noyabrın 28-də bəyan etdiyi 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına etiraz edirlər.