• 22 Fevral 2025 07:38

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Parlament qanun layihəsin təsdiqləyib: Bundan sonra hökumətin ictimai hüquqi şəxsi qeyri-hökumət təşkilatlarına qrant vermək hüququna malik olacaq

ByTürkan Şahverdova

Fev 20, 2025
Another advertisement

Parlament layihəni üçüncü oxunuşda nəzərdən keçirib və təsdiqləyib. Qanun qüvvəyə mindikdən sonra hökumətin ictimai hüquqi şəxsi qeyri-hökumət təşkilatlarına qrant verə biləcək. “Qrantlar haqqında” qanuna dəyişikliklər 80 səslə qəbul edilib. Qanun qüvvəyə mindikdən sonra dövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yaradılacaq və o, ictimai təşkilatlara qrant verəcək.

Hökumətin məlumatına görə, 2025-ci il dövlət büdcəsi çərçivəsində vətəndaş təşəbbüslərinin dəstəklənməsi üçün 20 milyon lari ayrılıb ki, bu da agentliyin yaradılması və fəaliyyətinə, habelə qrantların maliyyələşdirilməsinə yönəldiləcək. Dövlət Qrantlarının İdarə Olunması Agentliyində təxminən on nəfər işlə təmin olunacaq.