Parlament müxalifət partiyasından olan 12 deputatın səlahiyyətini tanıyıb

55

Parlament plenar iclasında siyasi birlik olan “Gürcüstan Naminə Qaxariya” partiyasının siyahısı ilə seçilmiş və mandatları vaxtından əvvəl dayandırılmış 12 deputatın yerinə yeni deputatların səlahiyyətlərini tanıyıb.

Mandatları təsdiqlənən deputatlar bunlardır: Qela Abuladze, Cemal Anani­dze, Ketevan Bakaradze, Rusudan Tevzadze, Malxaz Toria, Şalva Kereselidze, Salome Kobaladze, Qiqa Farulava, Vika Pilpani, Qiorqi Şaraşidze, Tamar Xvedeliani və Sofio Xorquani.

Qanunverici orqan hər bir deputatın səlahiyyətinin tanınması barədə qərar layihəsini ayrı-ayrılıqda səsverməyə çıxarıb.

Xatırladaq ki, 2 iyulda keçirilmiş parlamentin növbədənkənar iclasında, yaz sessiyasının 26 iclasını üzrlü səbəb olmadan buraxdıqlarına görə,  “Gürcüstan Naminə Qaxariya” siyasi birliyinin 12 deputatının mandatı vaxtından əvvəl dayandırılmışdı.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
4 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Gürcüstanda dövlət qurumlarında ödənişli təcrübə proqramı başlayır