Parlament Müdafiə Məcəlləsi lahiyəsini üçüncü oxunuşda qəbul edib.
Qafqaztürk xəbər verir ki, sözügedən dəyişiklik 80 səslə dəstəklənibYeni sənəd Gürcüstanın bütün müdafiə sahələrinə aiddir.
Sənəddə çağırışçıların Milli Hərbi Xidməti yeni qaydada yaradılıb. Sənədə əsasən, çağırışçılar 6, 8 və 11 aylıq həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Onlar Müdafiə Nazirliyində hərbi xidmət keçməyə hərtərəfli hazırlanacaqlar.
Qanun layihəsinə əsasən, pravoslav din xadimləri istisna olmaqla, bütün digər dini qurumların nümayəndələri məcburi hərbi xidmətə çağırılacaq.
Bundan əlavə, “Qirçi” siyasi partiyasının təsis etdiyi “İncil azadlığı”nın tərəfdarlarıda hərbi xidmətdən yayına bilməyəcəklər.Məcburi hərbi xidmətin bir il müddətinə təxirə salınması üçün rüsum 5 min lari olacaq.
Qeyd edək ki, hakim partiya qanun layihəsini 2022-ci ilin dekabrında parlamentdə müzakirəyə çıxarıb. Bu təşəbbüs cəmiyyətdə narazılığa səbəb olub, hətta qanuna qarşı etiraz aksiyaları da keçirilib.