This is a specific ad

Parlament komitələrinə yeni sədrlər təyin olundu – SİYAHI

227

Another advertisement

Bu gün, 25 noyabr 11-ci çağırış parlamentin “Gürcü Arzusu”ndan olan deputatları komitə sədrlərini seçiblər.

QafqazTürk Media xəbər verir ki, sözügedən siyahını təqdim edir.

  1. Aqrar məsələlər komitəsinin sədri Qela Samxaruli;
  2. İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin sədri Rati İonatimişvili;
  3. Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Qivi Mikanadze;
  4. Ətraf mühitin qorunması və təbii resurslar komitəsinin sədri Maia Bitadze;
  5. Sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Bekaşvili;
  6. Diaspora və Qafqaz məsələləri komitəsinin sədri İrakli Zarqua;
  7. Avropa ilə inteqrasiya komitəsinin sədri Levan Maxaşvili;
  8. Müdafiə və təhlükəsizlik komitəsinin sədri Aleksandre Tabatadze;
  9. Mədəniyyət komitəsinin sədri Giorgi Qabunia;
  10. Regional siyasət və yerli özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili;
  11. Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze;
  12. Prosedur məsələləri və qaydalar komitəsinin sədri David Matikaşvili;
  13. Maliyyə-büdcə komitəsinin sədri Paata Kviçinadze;
  14. İdman komitəsinin sədri Viktor Sanikidze seçildi;
  15. Səhiyyə və sosial məsələlər komitəsinin sədri Zaza Lominadze;
  16. Hüquqi məsələlər komitəsinin sədri Giorgi Kaxiani

Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” partiyasının proporsional seçki siyahısının ilk üçlüyü: Bidzina İvanişvili, İrakli Kobaxidze və İrakli Qaribaşvili Parlament mandatından imtina edib.

Sonrakı yazı
İvanişvili, Garibaşvili və Kobaxidze parlament mandatından imtina edir
Öncəki yazı
Prezident 8 məhkumu əfv edib