This is a specific ad

Parlament iclasından öncə Şalva Papuaşvili bəzi məsələlərə aydınlıq gətirib

215

Another advertisement

Bu gün baş tutan parlament iclasında media nümayəndələri də iştirak edərək baş verən hadisələri işıqlandırıblar.

Belə ki, XI çağırış parlamentinin iclasından əvvəl Şalva Papuaşvili jurnalistlərin suallarını cavablandırıb.

QafqazTürk Media xəbər verir ki,  parlamentə çəkiliş üçün daxil olmuş media nümayəndələri adətən parlamentin ilk  iclasında xarici ölkələri Gürcüstanda təmsil edən səfirlərin  iştirak etdiyini xatırladaraq  bu dəfə niyə olmadıqlarını soruşublar.

Şalva Papuaşvili isə bu sualı belə cavablandırıb:

“Bəzi qərb ölkələrinin nümayəndələri bu iştirakı özlərinə siyası instrument kimi istifadə etməyə çalışırlar və həmçinin  bunu Gürcüstana qarşı istifadə etməyə cəhd göstərirlər. Parlamentin açılışı Gürcüstanın daxili məsələsidir və buna qarışmağa xarici nümayəndələrin haqqı  yoxdur. Biz onları dəvət etməmişik. Lazım olan şəxslər iştirak edirlər, xeyir-duamızı da alırıq bu kifayətdir”.

Sonrakı yazı
Şalva Papuaşvilidən bəyanat: “Bu il prezident seçkiləri baş tutacaq”
Öncəki yazı
XI çağırış parlamenti 150 üzvün hər birinin səlahiyyətini tanıyıb