Bu gün baş tutan parlament iclasında media nümayəndələri də iştirak edərək baş verən hadisələri işıqlandırıblar.
Belə ki, XI çağırış parlamentinin iclasından əvvəl Şalva Papuaşvili jurnalistlərin suallarını cavablandırıb.
QafqazTürk Media xəbər verir ki, parlamentə çəkiliş üçün daxil olmuş media nümayəndələri adətən parlamentin ilk iclasında xarici ölkələri Gürcüstanda təmsil edən səfirlərin iştirak etdiyini xatırladaraq bu dəfə niyə olmadıqlarını soruşublar.
Şalva Papuaşvili isə bu sualı belə cavablandırıb:
“Bəzi qərb ölkələrinin nümayəndələri bu iştirakı özlərinə siyası instrument kimi istifadə etməyə çalışırlar və həmçinin bunu Gürcüstana qarşı istifadə etməyə cəhd göstərirlər. Parlamentin açılışı Gürcüstanın daxili məsələsidir və buna qarışmağa xarici nümayəndələrin haqqı yoxdur. Biz onları dəvət etməmişik. Lazım olan şəxslər iştirak edirlər, xeyir-duamızı da alırıq bu kifayətdir”.