Parlament “Dövlət əmlakı haqqında” qanunu qəbul edib

1

Parlament üçüncü oxunuşda müzakirəyə çıxarıb və 74 səslə “Dövlət əmlakı haqqında” qanunu qəbul edib.

QafqazTürk.com xəbər verir ki, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirinin müavini Nino Thandilaşvilinin sözlərinə görə, qanunlayihəsinin qəbulu nəticəsində bələdiyyənin inzibati hüdudları daxilində olan ərazidə (xüsusi mülkiyyətdə olan ərazilər istisna olmaqla) dövlət meşələrinin hüdudlarında, xüsusi mühafizə olunan ərazilərin hüdudlarında, dövlət mülkiyyətində olan ərazidə qeyri-qanuni olaraq kəsilmiş ağaclar Milli Meşə Təsərrüfatı Agentliyinə təhvil veriləcək.
Acarıstanda isə Acarıstan Dövlətinin Mühafizə Olunan Təbiətlər Agentliyinə, Acarıstan Dövlətinin Meşə Təsərrüfatı Agentliyinə və həm də meşə idarəetmə orqanı kimi bələdiyyə orqanına təhvil veriləcək.

Yeni qaydanın qəbulu nəticəsində meşə təsərrüfatı orqanları əlavə ağac ehtiyatı mənbəyinə malik olacaq, bunun hesabına isə onlar əhalinin ağac ehtiyatlarına sosial tələbatının müəyyən hissəsini ödəyə biləcəklər.

“Dövlət əmlakı haqqında” qanuna dəyişikliklər qanunlayihəsinə əsaslanan düzəlişlər Gürcüstanın İnzibati Xətalar və Cinayət Prosessual məcəllələrində də yer alıb.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Batumidə azyaşlıya təcavüz edilib
Öncəki yazı
Marneulidə supermarket qarət edilib