• 22 Fevral 2025 07:38

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Parlament Dövlət Qulluğu Bürosunun ləğvi təşəbbüsünü dəstəkləyir – Büro 2025-ci il aprelin 1-dən ləğv ediləcək

ByTürkan Şahverdova

Fev 20, 2025
Another advertisement

Parlament Dövlət Qulluğu Bürosunun ləğvi təşəbbüsünü dəstəklədi. Üçüncü oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, Dövlət Qulluğu Bürosunun ləğvi 2025-ci il aprelin 1-dən baş tutacaq. Büronun funksiya və səlahiyyətləri dövlət administrasiyasına veriləcək. Büronun ləğvi üçün hökumət qanunun qüvvəyə mindiyi gündən 10 gün müddətində ləğvetmə komissiyası yaratmalıdır. Layihəyə əsasən, ləğvetmə nəticəsində bürodan xaric edilən işçilərə 1 aylıq əməkhaqqı məbləğində kompensasiya ödəniləcək.

“Bu gün Dövlət Qulluğu Bürosu hökumət administrasiyası ilə razılaşdırılaraq həyata keçirilən dövlət idarəçiliyində islahatlar prosesində iştirak edir. Büro həmçinin dövlət qulluğu üzrə vakant vəzifələr haqqında məlumatların dərc edilməsini və onun əlçatan olmasını nəzərdə tutan çox vacib https://hr.gov.ge platformasını idarə edir.

Bu, həm xərclərin optimallaşdırılması, həm də dövlət qulluğunda islahatlar konsepsiyasını və ona hökumət administrasiyasının bilavasitə rəhbərliyini nəzərdə tutan mühüm prosesin özü ilə bağlıdır”, – hökumətin parlament katibi Vaxtanq Baçiaşvili parlament müzakirələri zamanı bildirib.