Another advertisement
Parlament bu gündən prezidentin impiçmenti prosesinə başlayır.
QafqazTürk.com xəbər verir ki, parlamentin sədri Şalva Papuaşvili məsələ ilə əlaqədar işin saat 12:00-da başlayacağını bildirib.
“Prezident administrasiyası ilə əlaqəm olub, xanım prezident onun iştirakını təsdiqləyib, ona görə də biz saat 12:00-da impiçmentlə əlaqədar məsələnin müzakirəsinə başlayacağıq”, – deyə Papuaşvili qeyd edib.
Xatırladaq ki, dünən parlament Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılması və səsvermə müddətinin müəyyən edilməsi haqqında qərar qəbul edib.